Qadin.NET / e-mail ünvanların təhlükəsizliyi mümkündürmü?

e-mail ünvanların təhlükəsizliyi mümkündürmü?

e-mail ünvanların təhlükəsizliyi mümkündürmü?
Kompüter artıq bir çox insanların həyat tərzinin bir elementini təşkil edir. Yəni vaxtının çox hissəsini bu qurğu ətrafinda keçirənlər var. Bəs onlar məşğul olduqları fəaliyyətin təhlükəsizliyinin qorunmasından əmindirlərmi.ANS TV-nin məlumatına görə, statistik məlumatlara görə, kompüterdən istifadə edən əksər insanlar, gün ərzində ən azı 7 saat internetdən yararlanır. Maraqlıdır bəs elektron ünvanların təhlükəsizliyini necə, qorumaq mümkündürmü?Bu gün demək olar ki, hər bir şəxsin elektron poçt və sosial şəbəkələrdə aktiv olan profill ünvanları var. Onlar bu informasiya vasitələrdən istifadə edərək yazışır, hətta məxfi olan məlumatları bir-birilərinə göndərirlər. Bəzən bu gizli informasiyaların kiminsə, tərəfindən ələ keçməsi və ya elektron poçt ünvanın şifrəsinin kimlərsə tərəfindən sındırılması təhlükəsi yaranır. Təəssüf ki, bəzən bu hallarla rastlaşan şəxslər, vəziyyət qarşısında aciz qalır və problemin həlli üçün mütəxəssislərə üz tuturlar. Bəzən heç onlar da problemi həll edə bilmir.İnternet mütəxəssisi Cahid İsmailoğlu deyir ki, ən primitiv üsul budur ki, şifrələrinə fikir versinlər: “Böyük-kiçik işarələrə fikir versinlər. Şifrələrinin təhlükəsizliyini təmin etsinlər. İkincisi müəyyən vaxtdan sonra şifrələrini dəyişsinlər. Adətən vətəndaşlar illərlə eyni şifrədən istifadə edirlər”. Mütəxəssislər yalnız sınanmış elektron poçt ünvanlarında istifadə etməyi, eyni zamanda giriş-çıxışları telefon nömrələrinə yönləndirməyi məsləhət görür. Belə olan halda hər bir istifadəçı öz elektron ünvanlarının təhlükəsizliyini təmin etmiş olar.
Mənbə: ANS PRESS

2 oktyabr 2014
GO BACK