Qadin.NET / Ermənilər mövqelərimizi atəşə tutublar

Ermənilər mövqelərimizi atəşə tutublar

Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri, Füzuli rayonunun Horadiz şəhəri yaxınlığında yerləşən mövqelərindən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub.

Mənbə: Milli.Az

2 oktyabr 2014
GO BACK