Qadin.NET / 2015-dən karta keçirik

2015-dən karta keçirik

 

2015-dən karta keçirik

Atrıq bir ildən artıqdır ki, sərnişin avtobuslarında kart sisteminin tətbiq olunmasına başlanılsa da hələki gözlənilən nəticəni görmək mümkün olmayıb. ANS TV- nin məlumatına görə, mərhələli şəkildə bu sistem bəzi avtobuslara tətbiq olunub və istənilən sərnişin kart vasitəsilə ödəniş edə bilər. Amma elə avtobuslar varki onlara hələ kart sistemi tətbiq olunmayıb. 
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov gələn ildən artıq nəğd ödəniş sisteminin yığışdırılacağını deyib. Onun sözlərinə görə, sərnişinlərin hər biri kartla ödəniş edəcəklər. Kart sisteminin tətbiq olunmasından sonra sürücülərdə stabil maaş alacaqlar ki, bu da avtobusların iştirakı ilə baş verən qəzaların qarşısını almış olacaq.
Sürücülər də kart sisteminə keçməyi səbirsizliklə gözləyirlər. Çünki kart sisteminin tətbiq olunmasından sonra baş verən qayda pozuntularının da qarşısını almaq mümkün olacaq.
Rəyini öyrəndiyimiz sərnişinlər kart sisteminə keçməyi istəsələr də, bəzi çatişmazlıqların da olmasını gizlətmədilər.
Sərnişin mənfi hal kimi karta qəpiklə ödəniş edə bilmələrini qeyd edirlər. 
Ümid edək ki kart sisteminə keçmək həm sürücülər, həm də sərnişinlər üçün müsbət nəticə verər. Bəlkə bundan sonra avtobusların iştiraki ilə baş verən qayda pozuntuları və qəzaların qarşısını almaq mümkün ola bilər.

Mənbə: Milli.Az

 

1 oktyabr 2014
GO BACK