Qadin.NET / Benzinin qiyməti dəyişdi

Benzinin qiyməti dəyişdi

 

Benzinin qiyməti dəyişdi

Azərbaycanda benzinin qiyməti ucuzlaşıb. 
Azpetrol Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ucuzlaşma "Premium Avro - 95" markalı benzində qeydə alınıb.
Dünya bazarında neftin qiymətinin aşağı düşməsilə əlaqədar olaraq Azpetrol benzinin satış qiymətinə yenidən baxıb. Belə ki, həmin markalı benzinin əvvəllər 1 litri 97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən Premium benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə satılır.
Qeyd edək ki, adıçəkilən benzinin qiymətində son artım avqust ayında qeydə alınmışdı. Avqustun 6-sı gecəyarıdan etibarən “Premium Avro-95" benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub.

Mənbə: ANS PRESS

 

1 oktyabr 2014
GO BACK