Avronun məzənnəsi kəskin şəkildə düşür. Bu gün səhərə olan məlumata görə, 1 avro 1,26 dollar dəyərində qiymətləndirilib. Bu, son iki ilin ən aşağı məzənnəsidir.
ANS PRESS xəbər verir ki, Avropa Mərkəzi Bankının yeni valyuta siyasəti haqqında qərarına iki gün qalmış qeydə alınan bu göstərici Avrozonada inflyasiyanın zəifləməsi ilə izah olunur.
Xatırladaq ki, son dəfə bu cür göstərici 2012-ci ilin iyul ayında qeydə alınıb. Avronun məzənnəsi Britaniya funt-sterlinqi və yapon yeninə nisbətdə də düşüb. Hazırda 1 avro 0.998 manat təşkil edir.
Mənbə: ANS PRESS