Qadin.NET / Vətəndaşların həqiqi hərbi xidmətə çağırışı başladı

Vətəndaşların həqiqi hərbi xidmətə çağırışı başladı

 

Bu gündən Azərbaycanda vətəndaşların həqiqi hərbi xidmətə çağırışı başlayıb

APA-nın məlumatına görə, çağırış oktyabrın 30-dək davam edəcək.
Dövlət başçısının sərəncamı ilə 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Oktyabr çağırışından Azərbaycanda ilk dəfə çağırışçıların SMS vasitəsilə məlumatlandırılması sisteminin tətbiqinə də başlanılıb. Bu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların məlumatlandırılması üçün tətbiq olunan ikinci sistemdir.

Mənbə: Milli.Az

 

1 oktyabr 2014
GO BACK