Qadin.NET / Ebola virusu ABŞ-da da yol tapdı

Ebola virusu ABŞ-da da yol tapdı

 

Ebola virusu ABŞ-da da yol tapdı

Ölümcül Ebola virusu Amerika Birləşmiş Ştatlarına da yol tapdı. 
ANS PRESS-in məlumatına görə, virusa yoluxan şəxs ötən gün Texas ştatının Dallas şəhərində ortaya çıxıb. Səlahiyyətli şəxslər şübhəlini muayinə və müalicə etdikdən sonra onun virusa yoluxduğunu təsdiqləyiblər.
Şəxsin ilk dəfə Liberiyada bu virusa yoluxduğu ehtimal edilir. Lakin o, Amerika Birləşmiş Ştatlarına gəldikdən sonra virusun simptomları özünü göstərməyə başlayıb.
İlk dəfə Qərbi Afrikada baş qaldıran virus, əsasən, Liberiya, Qvineya, Siera-Leone və Nigeriyada geniş yayılıb. İndiyə qədər 6 mindən çox insan epidemiyaya yoluxub ki, onların yarısının öldüyü bilirilir.

Mənbə: ANS PRESS

 

1 oktyabr 2014
GO BACK