Qadin.NET / Qurban bayramı günündə bunu etmək olar?

Qurban bayramı günündə bunu etmək olar?

 

Əgər insan müəyyən bir münasibətlə qurban kəsməyi nəzir edibsə, Qurban bayramı günündə bunu edə bilərmi? 
Milli.Az İslam.az-a istinadən bildirir ki, insan qurbanı konkret bir gündə kəsməyi nəzir edibsə, məhz həmin gündə kəsməlidir, başqa gündə kəsməyi düzgün deyil. Amma əgər nəzir deyərkən konkret vaxt təyin olunmayıbsa, bunu istənilən vaxt edə bilər. Bu halda həmin qurbanlığı Qurban bayramı günündə də kəsmək olar. 
Diqqət yetirmək lazımdır ki, niyyət düzgün olsun. Yəni nəzir qurbanını, hətta Qurban bayramı günündə kəsilsə belə, nəzir niyyəti ilə kəsmək lazımdır.
Mənbə: Milli.Az

 

1 oktyabr 2014
GO BACK