Qadin.NET / Barış amnistiyası ola bilər

Barış amnistiyası ola bilər

 

Barış amnistiyası ola bilər

Jirinovskini ağıllı adam hesab etmirəm”. 
ANS PRESS-in məlumatına görə, Milli Məclisin deputatı İqbal Ağazadə belə düşünür. "Amma hər halda onun Azərbaycana qarşı fikrini dəyişdirməyə nail olmuşuqsa bu özü yaxşı məqamdır. Bəzən məndən soruşurlar ki, Jirinovskinin Azərbaycana gəlişini necə qiymətləndirirsən? Mən isə cavabımda bunun normal hal olduğunu deyirəm. Dövlət Jirinovski kimi digər şəxslərin və təşkilatların da Azərbaycana qarşı qərəzli fikrinin dəyişməsinə çalışmalıdır”. 
İ.Ağazadə Rusiyanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dəstək verməsinin unudulmamalı olduğunu deyib. 
“Azərbaycana qarşı ikili münasibətləri dəyişmək üçün nələr etməli olduğumuzu da nəzərdən keçirmək lazımdır. Azərbaycanda kimsə milli maraqlara zərbə vuracaq fəaliyətlə məşğul ola bilər. Azərbaycan beynəlxalq təşkilatların qərəzli mövqeyini nəzərə alaraq daxildə problemləri həll etməlidir. Azərbaycan hakimiyyəti buna görə təqsiri olan insanları belə həbsdən azad etməlidir. Kütləvi barış amnistiyası olmalıdır. Hökumət bütün bunları nəzərə alıb, sülhpərvər addımlar atmalıdır. Buna görə də beynəlxalq təşkilatlara qarşı bəyanat vermək lazım deyil. Əksinə onlarla əlaqələrə ciddi şəkildə yanaşmaq lazımdır”.

 

Mənbə: ANS PRESS

30 sentyabr 2014
GO BACK