“Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı İran və Türkmənistanla danışıqlar aparılır”.
ANS PRESS-in məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, qarşılıqlı danışıqlar və anlaşma nəticəsində bu ölkələrlə də razılıq əldə olunacaq.
Sammitdə qəbul edilən dəniz sərhədləri ilə bağlı verilən sualı da cavablandıran nazir müavini qeyd edib ki, bu razılıq Azərbaycan ərazi bütövlüyünə uyğundur: “Bu anlaşma bizim qanunvericiliyimizlə ziddiyət kəsb etmir və maraqlarımıza cavab verir”.
Mənbə: ANS PRESS