Qadin.NET / Ötən gecə ən çox yağıntı Lənkəran ərazisinə düşüb

Ötən gecə ən çox yağıntı Lənkəran ərazisinə düşüb

 

Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ötən gecə ən çox yağıntı Lənkəran rayonunun ərazisinə düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 29-u günün birinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, 29-u səhərədək güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib, şimşək çaxıb, yağış yağıb, əsasən Lənkəran-Astara zonasında intensiv və güclü olub.
Ən çox yağıntı Daşdatük məntəqəsində (Lənkəran) 88, Lənkəranda 52 (aylıq normanın 31 faizi), Astarada 51 (aylıq normanın 26 faizi), Lerikdə 19, Yardımlıda 18, Rvarudda (Lerik) 17 mm qeydə alınıb.
Lənkəran-Astara zonasında 1-5, Böyük Qafqazda 1-10, Kiçik Qafqazda 1-8, Mərkəzi Aran rayonlarında 1-11, Qazax-Gəncə zonasında 1-4, Naxçıvan MR-da 3, Bakıda və Abşeron yarımadasında 0.4-0.6 mm yağıntı düşüb.
Ötən gecə şimal-qərb küləyi bəzi rayonlarda güclənib, Bakıda isə 30-34 m/s-dək şiddətlənib.
Çaylarda sululuq artıb, Qazax-Gəncə bölgəsi çaylarında suyun səviyyəsi 2-5, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-65 sm artıb.

Mənbə: Milli.Az

 

30 sentyabr 2014
GO BACK