Qadin.NET / Bakıda cənub küləyi əsəcək

Bakıda cənub küləyi əsəcək


Sabah Azərbaycan ərazisində hava nisbətın mülayimləşəcək, temperatur bir qədər yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 20-24 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Mənbə:Milli.Az

30 sentyabr 2014
GO BACK