Qadin.NET / “Anti-Facebook” quruldu

“Anti-Facebook” quruldu

 

“Anti-Facebook” quruldu

Dünyanın ən çox istifadə edilən sosial şəbəkə saytı olan “Facebook”a rəqib ortaya çıxıb.ANS PRESS-in məlumatına görə, son günlərdə populyarlaşan “Ello” adlı sosial şəbəkə saytı istifadəçilər tərəfindən “anti-Facebook” adlandırılır və reklam verməməsi ilə seçilir. Sosial şəbəkə nəhəngi ilə müqayisədə az bir kütləyə sahib olan “Ello”nun açıqlamasında “anti-Facebook” mövqe ortaya qoyulduğu üçün artıq onun da öz üzvləri var. “Demək olar, hər ikinci sosial şəbəkə reklamçıların nəzarətindədir. Sizin arxanızda onlar çoxlu casus proqramlardan istifadə edirlər ki, etdiyiniz hərəkətlərin hamısını qeydə alsınlar. Sonradan məlumatlar hərracdan reklamçılara və informasiya agentlərinə satılır” - deyə yeni sosial şəbəkə saytının açıqlamasında deyilir.“Ello”da akkauntu yalnız şəbəkə istifadəçilərindən birinin dəvəti, eləcə də müraciət göndərməklə açmaq mümkündür.

 

Mənbə: ANS PRESS

30 sentyabr 2014
GO BACK