Bu gecə Bakıda əsən güclü külək bir çox fəsadlar törədib. ANS PRESS-in məlumatına görə, bir çox tikililərin damı uçub, ağaclar qırılıb. Bundan əlavə bir çox yaşayış binaların pəncərələri sınıb. Yasamal rayonunda irigövdəli ağac minik avtomobilinin üstünə aşıb və maşın yararsız hala düşüb. Xətai rayonunda da bir neçə ərazidə ağaclar aşıb.Binəqədi rayonu ərazisində isə bir neçə binanın pəncərələri qırılıb.Güclü külək bəzi ərazilərdə elektrik enerjisinin verilişində kəsilmələr olub.Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı ilə əlaqə saxladıq. Departamentin müşaviri Sabit Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, güclü külək nəticəsindıə yaranan problemlərlə bağlı heç bir məlumat daxil olmayıb.“Bizdə belə məlumat yoxdur. Xahiş edirəm bir də bizi narahat etməyin. Zəhmət olmasa mətbuat xidmətilə əlaqə saxlayın”, - deyə Sabit Hüseynov bildirib.Görünür Sabit Hüseynovu paytaxtda yaranmış problemlərdən çox başqa önəmli məsələlər narahat edir. Yoxsa problemlərə belə laqeyid yanaşmazdı.
Mənbə: ANS PRESS