Çinin materik hissəsindən “Facebook” şirkətinə məxsus “Instagram” fotoxidmətinə giriş bloklanıb.
Honkonqda keçirilən demokratik nümayişlər bloklanmanın səbəbi kimi güman edilir.
ANS PRESS-in "ICTnews"a istinadən məlumatına görə, hazırda “Instagram” resursu gözyaşardıcı qazı tətbiq edən Honkonq polisi ilə etiraz və toqquşmalardan ibarət çoxlu şəkil yerləşdirib. “Instagram”ın rəsmi mətbuat xidməti bazar günü əlçatmaz olub. Eyni zamanda Asiya KİV-i yazır ki, bir çoxları Honkonqdakı etirazlar haqda xəbərlərlə bağlı “Instagram” resursuna müraciət edir.
Xidmətdə şəkillərin çoxu # OccupyCentrali # OccupyHK heşteqləri ilə dərc edilir. Hər iki heşteq Çinin “Weibo” bloq xidmətində bloklanıb.
Mənbə: ANS PRESS