Qadin.NET / İrəvan yenə ayağa qalxıb

İrəvan yenə ayağa qalxıb

İrəvan yenə ayağa qalxıb
Bu gün İrəvanda yüzlərlə ticarətçi Ermənistan parlamentinin qarşısına yığılaraq etiraz aksiyası keçirir. ANS PRESS-in məlumatına görə, onlar yeni “Dövriyyədən vergi” qanunun qüvvəyə minməsinə etiraz ediblər. Etirazçılar deputatlarla və parlament sədri ilə görüş tələb ediblər.Oktyabrın 1-dən Ermənistanda qüvvəyə minən yeni “Dövriyyədən vergi” qanununa görə, bazarlarda və yarmarkalarda alver edənlər ticarət dövriyyəsi barədə müvafiq qurumlara hesabat təqdim etməlidirlər. Əks halda, onlar cərimələnəcəklər. Xırda alverçilərin dediyinə görə, bu, onlar üçün çox çətindir. Çünki onları malla təchiz edən iri alverçilər adətən sənədsiz işləyirlər. Ekspertlər yeni qanunun Ermənistandan miqrasiya dalğasını daha da gücləndirəcəyini düşünürlər. Çünki ermənilərin gedə biləcəyi əksər digər ölkələrdə, o cümlədən Rusiyada yarmarka və bazar alverçiləri yalnız gündəlik yer pulu verirlər. 
Mənbə: ANS PRESS

29 sentyabr 2014
GO BACK