Azərbaycanda bir gündə iki dəfə ardıcıl zəlzələ baş verib.ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yerli vaxtla 08:55-də yerin 11 km dərinliyində 3, 1 bal gücündə zəlzələ qeydə alınıb. Digər bir təkan isə 09:19-də baş verib. Yeraltı təkanlar 3,3 bal gücündə olub. Zəlzələlər hiss olunmayıb.Xatırladaq ki, bu səhər Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, zəlzələ bu səhər yerli vaxtla saat 06.38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb. 10 km dərinlikdə baş verən yeraltı təkanlar episentrda 6 bal, ətraf rayonlarda 5.4 bal gücündə olduğu bildirilir. ANS PRESS-in şimal bürosundan verilən məlumata görə, zəlzələ Qusar və İsmayıllı rayonlarında da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib. Quba rayon icra başçısının müavini Afət Həsənovanın ANS PRESS-in yerli bürosuna verdiyi məlumata görə, zəlzələ rayonun kəndlərində də hiss olunub.
Mənbə: ANS PRESS