Azərbaycan Qəbələ rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, zəlzələ bu səhər yerli vaxtla saat 05.38.07-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb. 10 km dərinlikdə baş verən yeraltı təkanların 5.4 bal gücündə olduğu bildirilir. ANS PRESS-in şimal bürosundan verilən məlumata görə, zəlzələ Qusar və İsmayıllı rayonlarında da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib
Mənbə: ANS PRESS