Qadin.NET / Zəvvarların növbəti qrupu yola düşdü

Zəvvarların növbəti qrupu yola düşdü

Zəvvarların növbəti qrupu yola düşdü
Azərbaycandan Məkkəyə Həcc ziyarətinə gedən zəvvarların növbəti qrupu artıq yola düşüb.ANS TV-nin məlumatına görə, bu dəfəki qrupun sayı 400 nəfərdən ibarətdir. Zəvvarların Həcc ziyarətini işiqlandırmaq üçün ANS-in əməkdaşları, çəkiliş qrupu da bu gün onlarla yola düşüb. Bundan sonra daha 375 nəfərdən ibarət zəvvarlar müqəddəs torpaqlara yollanacaqlar. Odur ki, Həcc ziyarətilə bağlı ən son məlumatları ANS olaraq sizə çatdıracağıq. Səudiyyə Ərəbistan kralının təlimatı ilə Kəbənin ətrafı genişləndiriləcək. Xəbərə görə, 10 il əvvəl Osmanlı dövründən qalma Əcyad qalasının dağıdılaraq yerində inşa edilən Əl-Baid qüllələri də söküləcək. 20 il sonra layihə çərçivəsində inşası müzakirələrə səbəb olan “Zəmzəm qüllələri” adı verilən Əl-Baid qüllələri tamamilə aradan qaldırılacaq. Hər il milyonlarla müsəlmana ev sahibliyi edən Məkkədə layihə çərçivəsində davam edən işlər nəticəsində müqəddəs məkanın ətrafı xeyli dəyişəcək və o, 2035-ci ildə gördüyünüz kimi olacaq.

Mənbə: ANS PRESS

28 sentyabr 2014
GO BACK