Qadin.NET / Hava kəskin pisləşəcək

Hava kəskin pisləşəcək

Hava kəskin pisləşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı açıqlayıb. Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gündüz saatlarında yağış yağacağı gözlənilir. Cənub küləyi 10-15 m/s, arabir 18 m/s, səhər şimal-qərb küləyinin 18-23 m/s, gündüz arabir 25-30 m/s-dək güclənəcəyi, bəzi ərazilərdə 34 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Havanın temperaturunun gecə 17-19° isti, günün birinci yarısında 20-23°, axşama doğru 17°-dək isti, Bakıda gecə 17-19° isti, günün birinci yarısında 20-22°, axşama doğru 17°-dək isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Mənbə: ANS PRESS

28 sentyabr 2014
GO BACK