İranda növbəti zəlzələ baş verib.
ANS PRESS-in Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar İlam əyalətinin Mormuri şəhəri yaxınlığında qeydə alınıb.
Zəlzələ yerli vaxtla saat 03:30 radələrində, Rixter cədvəli üzrə 4,5 bal gücündə baş verib.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Mənbə: ANS PRESS