Qadin.NET / Səudiyyə Ərəbistanı: qırmızı işığı keçənlərə...

Səudiyyə Ərəbistanı: qırmızı işığı keçənlərə...


Səudiyyə Ərəbistanındakı nəqliyyat polisinin sözçüsü bildirib ki, qaydaları pozarkən kameralara düşən sürücülər cəriməni yalnız bir sutka kamerada saxlandıqdan sonra ödəyə biləcəklər. 
Zaid Al-Hamzininin sözlərinə görə, "qaydaları pozanlara" qarşı əlavə tədbir olaraq yol kəsişmələrində mülki geyimli polis rəsmiləri yerləşdiriləcək.
Milli.Az BBC-yə istinadən bildirir ki, polis rəsmisi bənzər cəzaların Krallıq boyu tətbiq ediləcəyini bildirib. 
Avtomobil icarəsi üzrə şirkətlərdən birinin nümayəndəsi yeni qaydaların tətbiq edildiyini təsdiqləyərək bir neçə müştərisinin məhbəsdə olduğunu qeyd edib. 
Ötən il açıqlanan hesabata əsasən, Səudiyyə Ərəbistanı ən təhlükəli yollara malik olan ölkələrdən biridir və burada baş verən qəzalar hər gün 19 adamın ölümünə bais olur. 
Səudiyyənin baş müftisinin ehtiyatsız sürücülərlə bağlı fətva verməsi durumun nə dərəcədə ciddi qəbul edildiyindən xəbər verir.
Ölkənin ən yüksək rütbəli dini lideri Müfti Əbduləziz əl-Aşeyx deyib ki, avtomobili təhlükəli şəkildə idarə etmək "böyük günahdır" və başqalarının ölümünə səbəb ola bilər, Arab News xəbər verir.
Mənbə:Milli.Az

28 sentyabr 2014
GO BACK