Suriyada İŞİD terror qruplaşması ilə kürd silahlı dəstələri arasında gedən atışmalar zananı atılan 4 top mərmisi Türkiyə ərazisinə düşüb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.
İŞİD-in Suriyanın Haseke şəhəri yaxınlığındakı 3 kəndi ələ keçirdiyi də bildirilir. Bunlar İraqla sərhəddəki Yarubiyə rayonunun Kenene, Kadaa və Hemden kəndləridir.
Mənbə: ANS PRESS