Qadin.NET / Daha bir şəhid verdik

Daha bir şəhid verdik

 

Daha bir şəhid verdik

Azərbaycan ordusu daha bir şəhid verdi.
ANS PRESS-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, sentyabrın 27-də saat 10.25 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
Düşmən tərəfindən atılan atəşdən Silahlı Qüvvələrimizin 1991-ci ildə Hacıqabul rayonunda anadan olan zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Mənbə: ANS PRESS

 

27 sentyabr 2014
GO BACK