Dünya Səhiyyə Təşkilatı gündə azı 5 dəfə meyvə-tərəvəz yeməyi tövsiyyə edir. Amerikalı elm adamları da bu tövsiyyəni nəzərə alaraq maraqlı araşdırma aparıblar.
ANS PRESS-in məlumatına görə, meyvə-tərəvəz üzərində aparılan araşdırma zamanı bəlli olub ki, göyərtilər qida dəyəri baxımından meyvələri belə geridə qoyur.
Tərəvəzlər, o cümlədən göyərtilər meyvələrlə müqayisədə lif, protein, kalsium, B12, A və D vitaminlər baxımından daha zəngindirlər. Siyahının başında vəzəri (tərə) var.
Tərə iştahı açır, həzmi asanlaşdırır, bronları təmizləyir, öskürəyi azaldır, soyuqdəyməni təmizləyir, qansızlığı müalicə edir, qandakı şəkərin miqdarını tənzimləyir.
Dəmir, fosfor, arsen, manqan, mis, yod, C, A, B, PP və E vitaminləri ilə zəngin olan tərə qanı zəhərli maddələrdən təmizləyir, böyrəkdəki qumları təmizləyir.
Bu göyərti bədənin xəstəliklərə qarşı immunitetini gücləndirir.
Bu gün həkimlərin andını içdikləri Hipokrat qanı zəhərlənən xəstələrini tərə yedirməklə müalicə edib.
Bu göyərti siqaret və içkinin də ziyanlı təsirini azaldır. Əsəbləri sakitləşdirir, saç tökülməsinin qarşısını alır. Bu göyərtini həvəngdəstədə döyüb yara və ya problemli dəriyə qoyduqda tez sağaldır, dəri xəstəliklərinin qarşısını alır.
Tərə kişilərin cinsi gücünü, qadınların isə dərisinin gözəlliyini də artırır.