Qadin.NET / Bədii ədəbiyyata maraq niyə azalıb?

Bədii ədəbiyyata maraq niyə azalıb?

 

Vaxtilə məktəblilər yay tətilində mütaliə edər, kitabxanalara gedərdi. Bu oxunan kitablar da tədris ili müddətində şagirdlərin köməyinə çatardı. Bəs indi vəziyyət necədir? Kitablara olan maraq artıq danılmazdır. Müəllimlər isə günahı valideynlərdə görürlər? Azərbaycan Nağılları, Dünya Uşaq Ədəbiyyatı, Süleyman Sani Axundovun "Qorxulu nağıllar"ı ən çox oxunan kitab sıyahısında olsa da, əvvəlki dövrlərlə müqayisədə bu kitablara maraq azalıb. 
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Nakam adına Mərkəzi Kitabxanaya 3 ay ərzində təqribən 900 şagird müraciət edib. Uşaq Kitabxanasından isə yay ərzində 1250 nəfər kitab götürüb. Bu isə əksər azyaşlının kitablardan bixəbər olmasına dəlalət edir. 
Müəllimlərin sözlərinə görə, uşaqların yay tətilində kitab oxumamasında valideynlərin də günahı az deyil. Tədris ilinin sonunda şagirdlərə oxunmalı olan bədii əsərlərin siyahısı şagirdlərə verilsə də, sonradan valideynlərin əksəriyyəti bu məsələ ilə maraqlanmır. Bu məsuliyyətin müəllimin və ya valideynin daşımalı olduğu həqiqəti dəyişmir. Nəticə odur ki, intellektimizin artmasına, nitqimizin inkişafına, yaddaşımızın möhkəmlənməsinə kömək olan kitablardan şagirdlər uzaq düşür. 

Mənbə: Milli.Az

 

27 sentyabr 2014
GO BACK