Qadin.NET / Bu gün muzeylərə giriş pulsuzdur

Bu gün muzeylərə giriş pulsuzdur

 

Ümumdünya Turizm Günü münasibətilə turizm nümayişi obyektlərinə giriş bir günlük pulsuz olacaq
27 sentyabr Beynəlxalq “Turizm Günü”dür.Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, 2014-cü il "Ümumdünya Turizm Günü"-nün qeyd olunması münasibəti ilə 27 sentyabr tarixində saat 10:00-dan nazirliyin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (açıq qapı) elan olunacaq.
Bu tədbirlər çərçivəsində 27 sentyabr tarixində axşam saatlarında İçəri şəhər (Qız Qalası yaxınlığında) 17:00-dan, Filarmoniya bağı 19:00-dan və Fəvvarələr meydanı ərazisində 20:00-dan paytaxt sakinləri və şəhərimizin qonaqları üçün iki saatlıq proqramla canlı Caz musiqisinin ifa edilməsi nəzərdə tutulub.
2014-cü il "Dünya Turizm Günü"-nün qeyd olunması münasibəti ilə aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatların iştirakı ilə 26 sentyabr 2014-cü il tarixində saat 10:30-da "Hilton Baku" mehmanxanasında “Dünya Turizm Günü”nə həsr olunmuş konfransın və müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulub.
Konfransın proqramına uyğun olaraq Ümumdünya Turizm Təşkilatının Baş katibinin rəsmi video mesajından və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəsmi açılış nitqindən sonra Azərbaycanda turizmin inkişafını təsvir etdən video çarx nümayiş olunacaq. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən həyata keçirilmiş "Ölkəmizi tanıyaq" layihəsi haqqında, "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihəsi barədə, Azərbaycanda yeni yaradılmış "City Sightseeing Baku" şirkətinin yerli və xarici qonaqlara göstərilən xidməti barədə, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti haqqında, I Avropa oyunlarının Azərbaycanda keçirilməsi barədə, "Baku Guide" bələdçi kataloqunun təqdimatları keçiriləcək. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Turizm İşçisi" döş nişanı ilə təltiflər, həmçinin Bak Turizm İnformasiya Mərkəzinin fəxri diplomları ilə təltif olmalar həyata keçiriləcək.
Mənbə: Milli.Az

 

27 sentyabr 2014
GO BACK