Qadin.NET / Cəbhədə gərgin gecə

Cəbhədə gərgin gecə

 

Cəbhədə gərgin gecə

Cəbhə xəttində atəşkəs yenidən pozulub.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Mənbə: ANS PRESS

 

27 sentyabr 2014
GO BACK