Qadin.NET / Bu günün tarixi (27.09.2014)

Bu günün tarixi (27.09.2014)

 

Bu günün tarixi (27.09.2014)

Miladi: 27 sentyabr 2013
Hicri: 2 Zilhiccə 1435
İlin 268-cu günü
İlin sonuna 97 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.22
Günəş - 07.32
Zöhr - 13.36
Əsr - 17.25
Məğrib – 19.46
İşa – 21.03
1130 - Cənubi İtaliya və Siciliya vahid Siciliya krallığında birləşir.
1534 - Sultan I Süleymanın başçılıq etdiyi Osmanlı ordusunun Azərbaycan torpaqlarına birinci yürüşü olub. Osmanlı qüvvələri ilk mərhələdə Səfəvi qoşunlarını məğlub edərək Cənubi Azərbaycanın bir hissəsini, o cümlədən Təbrizi ələ keçiriblər. Lakin yerli əhalinin müqaviməti, eləcə də qışın sərt keçməsi və ərzaq çatışmazlığı Osmanlı qoşunlarını geri dönməyə məcbur edib. Bunun ardınca 1535-ci ildə sultan I Süleyman Azərbaycan üzərinə ikinci yürüşə başladı. Amma bu dəfə də Osmanlı qoşunları ələ keçirdikləri ərazilərdə duruş gətirə bilməyərək geri qayıtmalı oldular. 
1791 - Fransa yəhudiləri vətəndaşlıq əldə edirlər.
1825 - İngiltərədə ilk ictimai dəmir yolu işə düşüb. 
1885 - Xarkovda Rusiyanın ilk ali texniki məktəbi açılır. 
1939 - Varşava kapitulyasiya olunmuşdur və Almanların Polşaya hücumu başa çatmışdır.
1940 - Yaponiya, Almaniya və İtaliya arasında hərbi ittifaq bağlanıb. 
1960 - Ostankino teleqülləsi nin əsası qoyulur. 
1962 - Yəməndə dövlət çevrilişi baş verib. 
1976 - italiyalı futbolçu Françesko Totti anadan olub. 
1977 - Çernobıl AES işə düşüb. 
1978 - ukraynalı müğənni Ani Lorak anadan olub. 
1982 - Hip-hopçu Lil Veyn anadan olub. 
1991 - Azərbaycanda Kommunist Partiyasının ardınca kommunist gənclər təşkilatının - komsomolun fəaliyytinə də xitam verilib. Ümumittifaq Kommunist Gənclər İttifaqının Moskvada keçirilmiş 22-ci fövqəladə qurultayda özünü buraxması barədə qərar qəbul etməsindən sonra bütün müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda komsomol təşkilatları ləğv olunub. 
1994 - BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan prezident Heydər Əliyev ABŞ prezidenti Bill Klintonla görüşüb. Klinton "Əsrin müqaviləsi"nin imzalanması münasibətilə Azərbaycan prezidentini təbrik edib. Azərbaycan rəhbəri ilk dəfə olaraq ABŞ rəhbərinə Qarabağ problemi barədə müfəssəl məlumat verib. Həmin gün Nyu-Yorkda ABŞ-ın BMT-dəki nümayəndəliyinin başçısı Madlen Olbraytın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş olub.
1994 - Azərbaycan Respublikası ərazisində MDB dövlətlərindən olan əlillərin iştirak etdiyi super-marafon başa çatır
2001 - Norveç hökuməti riyazi tədqiqatlara görə Abel mükafatını təsis edir.
2007 - Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası
2008 - Nyu-Yorkda Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.

Mənbə: ANS PRESS

 

27 sentyabr 2014
GO BACK