Hazırda dünya futbolunda atalarının yolunu davam etdirən bir neçə futbolçu var. ANS PRESS-in məlumatına görə, onların arasında Zidan, Şmeyxel, Rivaldo və Bebetonun övladlarını qeyd etmək olar.“Unikal hadisə odur ki, oğul atanın böyük nailiyyətlərini tamamilə təkrarlaya bilər. Hətta üstələməyi bacarar. Diqqətə layiqdir ki, Kasper öz karyerasını "Mançester Şiti"də başlayıb. Mənim üçün isə ən yaxşı komanda "Mançester Yunayted"dir, bu həmişə belə olacaq. Amma əsas odur ki, oğlum futbol oynasın. Harada olması elə də əhəmiyyətli deyil", - deyə Piter Şmeyxel oğlu Kasper haqda bildirib.
27 yaşlı kiçik Şmeyxelin çıxışı İngiltərədə çox yüksək qiymətləndirilir. Zinəddin Zidanın oğlu Ençoya "Real"ın gənclər komandasında xüsusi tələblər var . Bu ona yalnız ulduz soyadına görə deyil. Həm də onun atasının "Kral klubu"nda məşqçi işləyən Zinəddin Zidan olmasıdır. Oğul Zidan atası kimi meydanda sürətli qərarlar qəbul edir. Kiçik Zidandan yaxşı futbolçu olacağı gözlənilir. Braziliya üçüncü divizionunun "Moje-Mirin "-in komandasında iki Rivaldo çıxış edir. Biri prezident rolunda, digəri oyunçu kimi. Ötən illərin tanınmış futbolçusu Rivaldonun 18 yaşlı oğlu Rivaldinio da atası kimi texnikalı oyunçudur. Rivaldinio atası kimi baxımlı qollar vurur.
Kiçik Rivaldonun atası kimi ulduz futbolçu olacağını zaman göstərəcək.Matteus Oliveyra futbol karyerasına məhkum edilib. O "doğuluş"nu bütün dünya gördü. 94-cü il Dünya Çempionatında Braziliya yığmasına qol vurduqdan sonra Bebeto yoldaşlarla birlikdə "təzə doğulmuş oğlunu yelləyirdi". Məhz həmin qolla Matteusa dünyaya gəlməylə təbrik edirdi. Bebeto-kiçik atanın yolu ilə gedir.Bu siyahını uzatmaq da olar. Dünya futbolunda kifayət qədər atalarının yolunu gedən futbolçular var. Təcrübə göstərir ki, futbol meydanında oğullar əksər hallarda atalarını üstələyir...
Mənbə: ANS PRESS