Qadin.NET / İş yerindən arayış lazım olmayacaq

İş yerindən arayış lazım olmayacaq

 

İş yerindən arayış lazım olmayacaq

Əmək müqavilələri elektron qeydiyyatdan keçəcək. Bu işçilərin özlərinə bir sıra üstünlüklər verəcək. ANS TV-nin məlumatına görə, ilk növbədə hər bir işçi özünün elektron imzası vasitəsilə bu sistemə daxil olub, əmək müqaviləsi, əmək haqqı, qanunla ona verilən imtiyazlar barədə məlumat ala bilər. Bu sistemlə işçilərin banklar, səfirliklər və ya digər orqanlar tərəfindən tələb olunduğu halda iş yerindən arayış almaq problemi də həll olunur. Bəzən işəgötürənlər arayış verməkdən imtina edir, bəzən isə bu məsələ xeyli vaxt aparırdı. İndi işəgötürənə müraciət etməyə belə ehtiyac qalmayacaq.
Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyir ki, işçi istədiyi bir vaxta elektron informasiya vasitəsinə daxil olmaqla ona lazım olan sənədi qarşı tərəfin poçt ünvanına göndərə bilər. Amma bir mühüm məqam da var. Elektron sistemdəki məlumatlar şəxsi sayılır və hər bir işçi haqqında məlumatı yalnız özü və onu işə götürən qurum öyrənə bilər. Məhz buna görə, bu xidmətdən istifadə üçün elektron imza vacibdir. İyulun 1-dən start götürən əmək müqavilələri barədə bildirişlərin elektron qeydiyyatı sistemində bu günə kimi 1 mln 50 min işçi haqqında məlumat qeydiyyata salınıb. Bu isə ümumi muzdla işləyənlərin təxminən 75%-i deməkdir. Qalan işəgötürənlərin cəmi 4 gün vaxtı var. Əks halda onları irihəcmli cərimələr gözləyir. Hətta bu hal təkrar olunarsa, həmin sahibkarlar həbs oluna da bilərlər. 

 

Mənbə: ANS PRESS

27 sentyabr 2014
GO BACK