Qadin.NET / İsrailin şok namaz qərarı

İsrailin şok namaz qərarı

 

İsrailin şok namaz qərarı

İsrailin hüquq-mühafizə orqanları Əl-Əqsa məscidi ilə bağlı müsəlmanların etirazına səbəb olacaq qərar verib.ANS PRESS-in məlumatına görə, İsrail hüquq-mühafizə orqanlarının verdiyi açıqlamada Qüds şəhərində yerləşən Əl-Əqsa məscidində yaşı 50-dən aşağı olan müsəlmanların cümə namazı qılmasına qadağa qoyulduğu bildirilir. Səbəb kimi isə yaşı az olan müsəlmanların təhlükəsizlik üçün problem yaratdığı göstərilir. Bu barədə Əl-Əqsa məscidinin müdiri Nacih Bəkirat da faktı təsdiqləyib. Onun sözlərinə görə, İsrail polisi tərəfindən Əl-Əqsa məscidi ətrafında təhlükəsizlik baryeri qurulub və gənclərin məscidə girməsinə icazə verilmir. Qeyd edək ki, İsrail polisi üç gündür davam edən “Roş a-Şana” bayramı ilə əlaqədar müsəlmanların Əl-Əqsa məscidinə girməsinə yaş həddi qoyub.

 

Mənbə: ANS PRESS

27 sentyabr 2014
GO BACK