Ermənistan parlamentinin deputatı Aleksandr Arzumanyan Gömrük İttifaqına girməklə Ermənistanın Qarabağ üzərində nəzarəti itrəcəyini bildirib. ANS PRESS-in məlumatına görə, müxalifətçi deputat deyib: “Bizim məmurlar deyirlər ki, Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqələri olmayacaq, amma hadisələrin inkişafı başqa şey göstərir. Mən deyirəm: əvvəl gömrük məntəqəsi qoyulacaq, sonra sərhəd çəkiləcək, sonra Rusiya qoşunları yerləşdiriləcək. Bu, soyqırıma səbəb olacaq”,- deyə erməni politoloq vurğulayıb. Aleksandr Arzumanyan Ermənistan rəhbərliyinə ölkənin siyasi tərəfdaşını dəyişməyə çağırıb: “Fikirlərimizə yenidən baxmaq və tərəfdaşımızdan şərtləri dəyişməyi tələb etmək üçün bu yaxşı fürsətdir… Bir il qabaq biz danışıqları normal Rusiya ilə aparırdıq, bu gün isə Rusiya sanksiyalar altına düşüb və tək qalıb”.
Mənbə: ANS PRESS