Rusiya rublunun məzənnəsi dollara nisbətdə düşməkdə davam edir.ANS PRESS-in məlumatına görə, rubl demək olar ki, hər gün yeni “rekord” vurur.Sentyabrın 26-da Moskvada rubl yenə ən aşağı həddə düşüb. Bir ABŞ dolları hazırda 38,96 rubldur. 1 avro isə 49,65 rubla satılır.Rublun düşməyinin səbəbi Qərbin Ukrayna böhranına görə Rusiya qarşı tətbiq etdiyi sanksiyalardır.Qeyd edək ki, dünən "Böyük yeddilik" ölkələri və Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini bəyan etmişdi.
Mənbə: ANS PRESS