2014-cü ildə 330700 insanın öz ölkəsindən qaçması qeydə alınıb.ANS PRESS-in məlumatına görə, bu barədə BMT-nin hesabatında bildirilir.Hesabatda yer alan məlumata görə, inkişaf etmiş ölkələrdə sığınacaq əldə etməyə çalışan qaçqınların sayı 25 faizə yaxın artıb.Buna isə əsasən İraq və Suriyadakı müharibələrin səbəb olduğu bildirilir.BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) açıqladığı hesabatda bildirilir ki, bu ilin ilk 6 ayında 330 min 700 insan qaçqın statusu almağa çalışıb. Hesabatda bu rəqəmin 2013-cü illə müqayisədə 24 faiz çox olduğu qeyd olunur.Agentliyin məlumatına görə, 2014-cü ildə bu rəqəm 700 min nəfərə çata bilər ki, bu da inkişaf etmiş ölkələrdə son 20 ildə ən yüksək göstərici ola bilər. Belə ki, 1990-cı illərdə Balkan müharibəsindən bəri belə bir göstərici qeydə alınmayıb.UNHCR rəhbəri Antonio Quterresin sözlərinə görə, beynəlxalq ictimaiyyət öz əhalisini reallığa hazırlamalıdır ki, münaqişələr öz həllini tapmasa, qarşıdakı aylarda və illərdə daha çox insan bu ölkələrə pənah apara bilər.BMT-nin hesabatında deyilir ki, qaçqın statusu əldə etməyə çalışanların üçdə ikisi 6 ölkəyə - Almaniya, ABŞ, Fransa, İsveç, Türkiyə və İtaliyaya qaçıb.
Mənbə: ANS PRESS