Qadin.NET / "Avropa derbisi"nə 1 gün qaldı

"Avropa derbisi"nə 1 gün qaldı

"Avropa derbisi"nə 1 gün qaldı
“Oyuna yaxşı hazırlaşırıq. Məqsədimiz qələbə qazanmaqdı”. ANS PRESS-in məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç deyib.Sabah 16.00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Qarabağ”ı qəbul edəcək “ağ-qaralar”ın futbolçusu əlavə edib: “Hər hansı həyəcandan söhbət gedə bilməz. Rəqibin oyunla bağlı öz planları var və təbii ki, uduzmaq fikrində deyillər. Biz isə məhz iddialı komandalarla oyunlarda müsbət nəticə qazanmalı olduğumuzu bilirik. Sonda kimin qalib gələcəyini zaman göstərəcək. Mövsümün ilk “Neftçi” – “Qarabağ” qarşılaşmasıdı. Azarkeşlərin gərgin mübarizəyə şahidlik edəcəyinə əminəm. Tərəfdarlarımızın dəstəyini hiss edəcəyimizə inanıram”.Serb qolkiper rəqibin heyətində hansı futbolçudan daha çox çəkindiyini söyləməyib : “Qarabağ”ın səviyyəli oyunçuları çoxdu. Futbol isə komanda oyunudu. Ona görə də konkret ad çəkməyəcəm. Komanda şəklində yaxşı oynayan tərəfin qələbə şansı çox olur. Ümid edirəm ki, istəyimizə çatacağıq”.

Mənbə: ANS PRESS

26 sentyabr 2014
GO BACK