Qadin.NET / “iPhone 6” üçün növbəyə düzüldülər

“iPhone 6” üçün növbəyə düzüldülər

 

“iPhone 6” üçün növbəyə düzüldülər

“Apple” şirkətinin yeni məhsulları “iPhone 6” və “iPhone 6 Plus” Rusiyada da böyük marağa səbəb olub. Günlərdən bəri yeni məhsulların yolunu gözləyən rus texnologiya həvəskarları nəhayət ki, bu arzularına çatıblar.ANS TV-nin Moskva bürosunun məlumatına görə, Moskvadakı bir alış-veriş mərkəzində ilk dəfə satışa çıxarılan “iPhone 6” və “iPhone 6 Plus” telefonlarına sahib olmaq istəyən minə yaxın texnologiya həvəskarı saatlarca növbədə durdu. Müxtəlif millətlərin təmsilçilərindən ibarət olan bu insanları birləşdirən tək şey “iPhone 6”nın Rusiyadakı ilk istifadəçiləri olmaq arzusu idi.Müştəri Olqa Baldina telefonla bağlı fikirlərini belə ifadə etdi. “Dostlarım arasında bu telefona sahib olacaq ilk şəxs mən olacam. Onun ən böyük üstünlüyü tamamilə yeni olmasıdır. Böyük ekran və yeni əməliyyat sisteminə sahib olan bu aparatın yolunu çoxdan gözləyirdim”. Satış mərkəzinin təmsilçisi Lyudmila Simoşina deyir ki, dükanda izdihama yol verməmək üçün səhər saatlarından etibarən “iPhone 6” almaq istəyənlərə nömrə yazılı qolbağlar veriblər.Gece saat 00:00-da dükanın qapılarını açması ilə birlikdə kassalara hücum edən “iPhone 6” həvəskarları nəhayət ki, bu arzularına qovuşdular. Rusiyada telefona sahib olan ilk alıcı Sergey Lebedev oldu. O, ilk “iPhone 6” sahib olduğu üçün sevincli olduğunu dedi.Rusiyada yeni “iPhone 6” telefonunlarının qiyməti 32 min rus rublu, yəni 900 ABŞ dollarıdır.
Mənbə: ANS PRESS

 

27 sentyabr 2014
GO BACK