Qadin.NET / Xanım Bekhem səfir oldu

Xanım Bekhem səfir oldu

Xanım Bekhem səfir oldu
Keçmiş «Spice Girl», müğənni və modelyer Viktoriya Bekhem gözlənilməz addım atıb. O, Londonda öz mağazasının açılış mərasimində iştirak etməyi təxirə salaraq, BMT-nin tribunasından çıxış etmək üçün Nyu-Yorka yola düşüb. Viktoriya Bekhem üçün bu, çox mühüm tədbir olub, çünki BMT-nin UNAIDS təşkilatı onu Xoşməramlı Səfir elan edib. Təşkilatın icraçı direktoru Mişel Sidibe BMT-nin Baş Assambleyası çərçivəsində baş tutan mətbuat konfransı zamanı Viktoriya Bekhemə Xoşməramlı Səfir sertifikatını təqdim edib.Bu məsuliyyətli vəzifə Viktoriya Bekhemə həvalə edilməzdən bir qədər əvvəl o, xeyriyyə məqsədilə Cənubi Afrikaya səfər etmişdi. «Ancaq 40 yaşıma gəlib çatandan sonra nə qədər böyük məsuliyyət daşıdığımı dərk etdim.» - deyə, Viktoriya Bekhem bildirib. Viktoriya həyat yoldaşı Devid Bekhemlə birlikdə ailə dostları Elton Conun QİÇS-lə mübarizə fonduna yaxından dəstək verən məşhurlardandır və uzun illərdir var-dövlətlərinin bir qismini xeyriyyə məqsədilə xərcləyirlər.

Mənbə: ANS PRESS

26 sentyabr 2014
GO BACK