Qadin.NET / Tikintiyə icazə ilə bağlı qərar

Tikintiyə icazə ilə bağlı qərar

 

Tikintiyə icazə ilə bağlı qərar

Nazirlər Kabineti "Tikinti obyektinin istismarına icazənin vahid forması"nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının1.6.24-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə qərara alır ki, tikinti obyektinin istismarına icazənin vahid forması təsdiq edilsin. Daha bir qərara əsasən texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı təsdiq edilməlidir. Eyni zamanda tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları da təsdiq edilib.Bununla yanaşı, daha bir qərara əsasən tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı təsdiq edilib.

 

Mənbə: ANS PRESS

26 sentyabr 2014
GO BACK