Qadin.NET / "Azərbaycan donor ölkə statusu qazanıb"

"Azərbaycan donor ölkə statusu qazanıb"

 

"Azərbaycan donor ölkə statusu qazanıb"

Nazir Elmar Məmmədyarov 2014-cü ilin 24 sentyabr tarixində BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark ilə görüşüb.ANS PRESS-in Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, görüş əsnasında H.Klark Azərbaycanın BMT İnkişaf Proqramı ailəsinin fəal və faydalı üzvlərindən biri olduğunu qeyd edib. O, yaxın vaxtlarda Azərbaycana olacaq səfərinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, Azərbaycanı orta gəlirli inkişaf etməkdə olan ölkə kimi görməkdən, Azərbaycanın inkişaf səviyyəsindən və ölkənin beynəlxalq arenada aktiv rol oynamasından məmnunluğunu ifadə edib. Nazir Elmar Məmmədyarov xanım H.Klarkın Azərbaycana səfərinin BMT İnkişaf Proqramı və Azərbaycan Höküməti arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından zəruri olduğunu deyib. Nazir Elmar Məmmədyarov əlavə edib ki, ölkəmiz humanitar və sosial-iqtisadi çətinlikləri aradan qaldırmaq üçün yardıma ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə yardım etmək məqsədilə AİDA (Azerbaycan International Development Agency) təşkilatını yaradıb və inkişaf etməkdə olan donor ölkə statusu qazanıb. O, indiyədək Latın Amerikası, Afrika və Asiyanın 30-dan artıq ölkəsinin bu humanitar yardımdan bəhrələndiyini diqqətə çatdırıb. H.Klark Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə etdiyini deyərək, bu sahənin BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

Mənbə: ANS PRESS

26 sentyabr 2014
GO BACK