Türkiyənin İstanbul şəhərində daha bir Ebola təhlükəsi yaşanıb
Anspress-in məlumatına görə, nigeriya əsilli Fabian Çlmaeolu adlı şəxsdə virusun simptomları aşkarlandıqdan sonra dərhal xəstəxanaya yerləşdirilib.
Şəxs xəstəxanada xüsusi karantin şöbəsinə yerləşdirilərək müayinə və müalicə proseduruna cəlb olunub.
Şəxsin Ebola virusuna yoluxması ehtimalları az kimi dəyərləndirilsə də, rəsmilər virusu nəzarətdə saxlamaq üçün ehtiyatlı olmağa çalışırlar.
Hələlik xəstəxana rəsmiləri nigeriyalı şəxsin Ebola virusuna yoluxduğunu təsdiqləməyiblər.
Mənbə: Milli.Az