Qadin.NET / İndoneziya qorxuya düşdü

İndoneziya qorxuya düşdü

 

8 il əvvəl həmin bölgədə baş verən zəlzələdə 5700 nəfər ölmüşdü

İndoneziyanın cənubundakı Yava adasında zəlzələ olub.
Anspress -in məlumatına görə, İndoneziyanın Meteorologiya və Geofizika idarəsi episentri Pacitan şəhərinin 83 kilometr şərqində baş verən zəlzələnin 5.1 bal gücündə olduğunu açıqlayıb.
İlkin məlumatlara əsasən, yeraltı təkanlardan zərər çəkən olmayıb, dağıntı və fəsadlar barədə xəbər yayılmayıb.
Zəlzələni hiss edən Cokyakarta bölgəsinin sakinləri qorxu içində evlərini tərk edərək küçələrə axışıblar. Həmin bölgədə 8 il əvvəl baş verən zəlzələdə 5700 nəfər ölmüş, 37000 min nəfər isə yaralanmışdı. Onlar yenə belə bir zəlzələnin olacağından ehtiyat edirlər.
Bundan başqa, Sakit okeanının “alov halqası” xəttində yerləşən İndoneziyanın Sumatra adasında 2004-cü ildə 9,3 bal gücündə zəlzələ meydana gəlmiş, yaranan sunami nəticəsində isə Hind okeanı sahilindəki 14 ölkədə 230000 insan dünyasını dəyişmişdi. 

Mənbə: Milli.Az

 

26 sentyabr 2014
GO BACK