Qadin.NET / Cəbhədə erməni təxribatı

Cəbhədə erməni təxribatı

 

Ermənilərin cəbhə xəttində təxribatı davam edir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonularının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Mənbə: Milli.Az

 

26 sentyabr 2014
GO BACK