Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Sentyabrın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi 9-14 m/s, gündüz arabir 18-20 m/s olacaq.
Temperatur gecə 16-18° isti, gündüz 20-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək.
Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensivləşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Temperaturun gecə 16-19° isti, gündüz 20-25° isti, dağlarda gecə 9-14° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 26-28-də Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mənbə: Milli.Az

 

26 sentyabr 2014
GO BACK