"Apple" şirkətinin istehsal etdiyi yeni telefonlarda qüsurlar aşkarlanıb.ANS PRESS-in məlumatına görə, şirkət tələsik iOS 8 əməliyyat sistemində çatışmazlıqları aradan qaldırmağa başlayıb. Şirkətdən bildirilib ki, tezliklə sistemin artıq ikinci olan 8.0.2 yeni variantı çıxacaq.Qeyd edək ki, 8.0.1 variantı satışa çıxarılandan sonra geri qaytarılıb. Belə ki, iPhone 6 və iPhone 6 Plus telefonlarında şəbəkə tez-tez itirmiş. Başqa çoxsaylı problemlərin də olduğu açıqlanıb.
Mənbə: ANS PRESS