Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Unudulmaz Tarixim” adlı layihəyə start verilib. Layihə rəhbəri Orxan Muxtarlının ANS PRESS-ə verdiyi məlumata görə, layihə çərçivəsində çəkiləcək və hazırlanan qısametrajlı film Şuşa və Qarabağın simvollarının, adət - ənənələrimizin hələ də yaddaşlardan silinməməsi və film şəklində yaddaşda saxlanılmasına xidmət göstərir. Layihə vasitəsilə Qarabağ regionuna aid sərvətləri gənclərə çatdırmaqla yanaşı layihə çərçivəsində hazırlanan”xarı bül-bül” qısa metrajlı film dünyada yalnız Azərbaycanda bitən, adı Qarabağın adıyla birgə çəkilən Şuşanın milli simvolu “Xarı Bülbül” çiçəyi barəsində olacaqdır. Hal – hazırda filmin çəkilişləri başa çatıb və montaj işləri tamamlanmaq üzrədir. Çəkilişlərdə rejisor Pervin Qorçuyev, operator Novruz Məmmədoğlu, montajçı Paşa Nesibov, qumrəssamı Lalə Hüseynzadə, rollarda-əməkdar artist Lətifə Cahandarqızı, Vahid orucoğlu iştirak ediblər. Bütün texniki işlər tamamlandıqdan sonra yaxın zamanlarda “Xarı Bülbül” çiçəyi haqqında olacaq qısametrajlı filmi geniş ictimayətə təqdim etməyi planlaşdırılır.Gənclər Fondunun elan etdiyi beşinci qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində reallaşan “Unudulmaz Tarixim” adlı layihənin keçirilməsində əsas məqsədi yeniyetmə və gənclərin milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək olmaqdan ibarətdir.
Mənbə: ANS PRESS