Qadin.NET / Mars planetinin ən son şəkilləri yayıldı (VİDEO)

Mars planetinin ən son şəkilləri yayıldı (VİDEO)

 

Mars planetinin ən son şəkilləri yayıldı (VİDEO)

Ötən gecə Mars planetinin orbitinə çatan Hindistanın “Manqalyaan” kosmik gəmisi Qırmızı planetin ilk görüntüsünü göndərib.ANS TV-nin məlumatina görə, Hindistan Kosmik Agentliyi həmin görüntünü sosial şəbəkələrdə “Burada mənzərə gözəldir” sözləri altında paylaşıb. “Manqalyaan” aparatı 10 aylıq səyahətdən sonra Marsın orbitinə yerləşib. Bununla da, Hindistan Marsa missiya göndərən dördüncü ölkə olub. Bundan əvvəl ABŞ, Rusiya və Avropa Birliyi müxtəlif vaxtlarda Qırmızı planetə missiya göndərib. Bir neçə gün əvvəl NASA-nın “Maven” kosmik aparatı Marsın orbitinə çatmışdı.

 

Mənbə: ANS PRESS

26 sentyabr 2014
GO BACK