Ermənistanda müxalifət etiraz aksiyalarına başlayıb.
ANS PRESS-in məlumatına görə, ölkənin 3 müxalifət partiyası birləşərək bir neçə saat bundan əvvəl kütləvi etiraz aksiyalarına başlayıb.
"Çiçəklənən Ermənistan" və "İrs" partiyalarının təşkil etdiyi mitinqlər Abovyan şəhərinin mərkəzi meydanında keçirilir. Ölkənin digər bölgələrindən mitinqlərə qatılmaq üçün avtobuslar pulsuz xidmət göstərir.
Mitinqlərin səhərə qədər davam edəcəyi bildirilir. Müxalifət Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb edir.
Qeyd edək ki, Ermənistanda bir neçə gün əvvəl də etiraz aksiyaları keçirilmişdi. Nümayişçilər İrəvanda hökumət binasının qarşısında toplaşaraq mərkəzi avtomobil yollarını bağlamağa cəhd etmişdilər. Əraziyə xeyli sayda polis qüvvələri cəlb olunmuşdu.