Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə keçirdiyi təlimlər davam edir. ANS TV-nin Qarabağ bürosundan verilən məlumata görə, ötən gün türkiyəli pilotların nəzarəti ilə azərbaycanlı pilotların idarə etdiyi “F-16” tipli hərbi-döyüş təyyarələri havaya qalxıb. Amma bu günki təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİG-29”tipli döyüş təyyarələri “F-16”ların yerləşdiyi aerodromun üzərindən uçuşlar həyata keçirib. Azərbaycanlı pilotların manervləri yerli sakinlər tərəfindən böyük marağa səbəb oldu. Azərbaycanın strateji tərəfdaşı olan Türkiyənin bu məsələdə onun yanında olması bir daha onu sübut edir ki, Türkiyə və Azərbaycanın Hərbi Birliyi sarsılmazdır. Ölkənin müxtəlif yerlərində keçirilən təlimlərdə həm yerüstü həm də səmada manevrlər davam edir. Qeyd edək ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri oktyabr ayının 3- nə kimi davam edəcək.
Mənbə: ANS PRESS