“Azərbaycan təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutur”. ANS PRESS-in məlumatına görə, bu sözləri səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, doğumla ölüm arasındakı fərqə görə, hər bir min nəfərə artım əmsalımız 12, 8-ə bərabərdir: “Bu isə onu göstərir ki, Azərbaycanda doğuşların sayı hər il artır. Ötən il 170 mindən artıq körpə dünyaya gəlib”. Nazir müavini qeyd edib ki, doğuş zamanı baş verən neqativ halların qarşısını almaq üçün nazirlik müvafiq işlər görür. Elsevər Ağayevin sözlərinə görə, ana ölümlərinin sayını azaltmaq üçün iş aparılır.
Mənbə: ANS PRESS